Taliban və Pakistan arasında silahlı toqquşma baş verdi
4 Sentyabr 2024 23:30 DünyaƏfqanıstanda radikal Taliban hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında iki ölkənin sərhədində silahlı toqquşmalar baş verib.
Olaylar xəbər verir ki, bu barədə Əfqanıstanın "TOLOnyus" telekanalı məlumat yayıb.
Döyüşlər Əfqanıstanın Host vilayətində başlayıb.
Yüngül və ağır silahların istifadə edildiyi toqquşmaların Talibanın üç gündür mübahisəli sərhəd bölgəsində postlar tikdiyi üçün başladığı bildirilir. Zərərçəkənlər barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31