Türkiyə BRICS dövlətlərarası birliyində tam formatda iştirak etmək üçün müraciət edib.
Olaylar rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Türkiyə BRICS-də tam formatda iştirak etmək üçün müraciət edib. Birliyin ölkələri bu müraciətə baxacaqlar", - Kreml nümayəndəsi qeyd edib.