Türkiyə kəşfiyyatı İraqda üç terrorçunu məhv etdi

Türkiyə kəşfiyyatı İraqda PKK-nın maşınını vurub, üç terrorçunu məhv edib.

Olaylar bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalındakı Süleymaniyyə bölgəsində yeni əməliyyat keçirib.

Türkiyə kəşfiyyatının Süleymaniyyənin Dukan rayonunda Pilotsuz Uçuş Aparatları (PUA) ilə PKK-ya məxsus avtomobili vurması nəticəsində üç terrorçu öldürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31