Türkiyə BRICS-də tam iştirak üçün müraciət edib.
Olaylar.az xəbər verir ki, bu məlumatı çərşənbə günü, sentyabrın 4-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Uşakov jurnalistlərə açıqlamasında "Türkiyə tam üzvlük üçün müraciət edib",-deyə bildirib.
Onun sözlərinə görə, müvafiq müraciətə baxılacaq.