Rusiya valyuta və qızıl alışına 1,9 milyard dollar ayıracaq - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi 6 sentyabr - 4 oktyabr tarixlərində fiskal qayda çərçivəsində xarici valyuta və qızıl alışına 172,9 milyard rubl (1,9 milyard dollar) ayıracaq, gündəlik alış isə 8,2 milyard rubl (92 milyon dollar) təşkil edəcək.

"Xarici valyuta və qızılın alışına ayrılan vəsaitin həcmi 172,9 milyard rubl təşkil edir. Əməliyyatlar 2024-cü il sentyabrın 6-dan oktyabrın 4-dək həyata keçiriləcək, müvafiq olaraq, gündəlik valyuta və qızıl alış həcmi 8,2 milyard rubl təşkil edəcək", - deyə məlumatda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31