Gürcüstan müxalifəti seçkidən sonra xaosa hazırlaşır - ÖZƏL

Gürcüstan müxalifəti oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindən sonra ölkədə iğtişaşlar törətməyə çalışacaq.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

"Aydındır ki, radikal müxalifətin seçkilərdə qalib gəlməyə ümidi yoxdur və faktdan sonra vəziyyəti gərginləşdirməyə hazırlaşır. Artıq "Gürcü arzusu" qalib gəlsə" demirlər. Bunun əvəzinə "Gürcü arzusu seçkiləri saxtalaşdırarsa" deyirlər", - Kobaxidze bildirib.
"Aydındır ki, onlar növbəti dəfə seçkilərin nəticələrini tanımaqdan imtina edəcək, dövlət institutlarına hücum təşkil etməyə və ölkədə iğtişaşları qızışdırmağa çalışacaqlar", - Kobaxidze brifinqdə deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31