Smirnov: Məcburi təxliyədən sonra itkin düşən 500-dən çox insan tapılıb- ÖZƏL

Kursk vilayətində sərhədyanı rayonlardan məcburi təxliyə edildikdən sonra yoxa çıxan 500-dən çox insan tapılıb. 

Olaylar.az xəbər verir ki, bunu vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov deyib.

"Sərhəd bölgəsindən məcburi təxliyədən sonra itkin düşmüş hesab edilən 500-dən çox insan könüllülər, təhlükəsizlik qüvvələri və regional hökumətin sayəsində tapılıb", - hesabatda deyilir.

Daha əvvəl bildirilib ki, onlar Ukrayna Silahlı Qüvvələrindən qaçaraq xalat və başmaq ilə təxminən 50 kilometr məsafə qət edən qadını tapıblar. Qadın müvəqqəti yaşayış mərkəzinə təxliyə edilib. Yaşadığı stressdən sonra psixoloqun köməyinə ehtiyacı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31