Poltavaya raket zərbəsindən sonra Ukrayna sərhədləri yaxınlığında NATO təyyarələri görülüb-ÖZƏL

Olaylar.az xəbər verir ki, Poltavaya edilən raket zərbəsi və Qərbi Ukraynada baş verən iki hücumdan sonra Rumıniya və Polşa hava məkanında çox sayda NATO təyyarəsi qeydə alınıb. Bu barədə "Hərbi Xronika" məlumat yayıb. 

Məlumatlara görə, həmin təyyarələr arasında Şimali Atlantika Alyansına məxsus Almaniya, Polşa və ABŞ-ın nəqliyyat və sanitar təyyarələri yer alır. 4 sentyabr səhəri üçün bu təyyarələr hələ də sözügedən bölgələrin hava məkanında fəaliyyət göstərir. "Hərbi Xronika"nın Flightradar24 monitorinq resursuna istinadən verdiyi məlumatda Beechcraft C-12 Huron, PZL M28 Skytruck, Lockheed C-130 Hercules, CASA C-295 və Airbus A321-251NX tipli təyyarələrin qeydə alındığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl Polşa döyüş təyyarələrinin Rusiya uzaq məsafəli aviasiyasının aktivliyi səbəbilə havaya qaldırıldığı da xəbər verilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31