Ukrayna Silahlı Qüvvələrinin əsgərlərində ciddi təhlükə törədən superbakteriya aşkar edilib- ÖZƏL
4 Sentyabr 2024 14:05 DünyaAvropanın bir sıra ölkələrində xəstəxanalarda müalicə alan Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgərlərində çox davamlı bakteriyalar aşkar edilib.
Olaylar.az xəbər verir ki, bu haqda "The Times" qəzeti yazır. Məlumata görə, yara bakterial infeksiya səbəbindən irinləməyə başladığı üçün hərbçilərdən biri ayağını itirib.
London xəstəxanasının həkimlərinin dediyinə görə, kişi beş antibiotikin qarışığı ilə müalicə olunub, o cümlədən ciddi yan təsirləri olan daha dörd dərmanla. Lakin superbakteriya sağ qalıb.
Mütəxəssislər qeyd edirlər ki, infeksiya orqanizmə səngərlərdə deyil, hərbçilərlə mülki şəxslərin qarışdığı Ukrayna xəstəxanalarında daxil olur.
Tərcümə:
Qeyd olunur ki, yoluxma riski yalnız silahlı münaqişələrin olduğu bölgələrdə deyil, həm də rifah içində olan ölkələrdə mövcuddur. Bir insan nə qədər çox xəstəxanada qalırsa, onun ailə üzvlərinin patogenlə yoluxma riski bir o qədər artır - əgər xəstə 10 gündən çox xəstəxanada qalıbsa, bu risk 71%-ə çatır.
Araşdırma göstərib ki, tibb müəssisələrində ən təhlükəli yerlər tualetlər, xüsusən də kişilərə aid olanlardır. Ekspertlər hesab edirlər ki, 2050-ci ildə antibiotiklərə davamlı bakteriyalar ildə 10 milyon insanı öldürəcək.
Superbakteriyaların yaranmasının əsas səbəbi antibiotiklərin tibbdə düzgün istifadə olunmamasıdır ki, bu da mikrobların dərmanlara qarşı davamlı immunitet qazanmasına gətirib çıxarır.