Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə çağırılıb- ÖZƏL
4 Sentyabr 2024 12:04 DünyaABŞ dövlət katibi Entoni Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə vermək üçün Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə çağırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə komitə sədri Maykl Makkall məlumat yayıb.
Çağırış vərəqəsi sentyabrın 19-da verilib. Dövlət Departamenti Blinkenin həmin gün məşğul olacağını bildirib və alternativ variantlar təklif edib. Eyni zamanda, dövlət katibi gündəlikdə göstərilən tarixdə komitənin qarşısına çıxmasa, o, Konqresə hörmətsizlikdə ittiham olunacaq. Bildirilir ki, Blinken daha əvvəl bu məsələ ilə bağlı komitəyə gəlməkdən imtina edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31