Boris Conson: "Ukraynada kütləvi səfərbərlik zəruridir"- ÖZƏL

Olaylar.az xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynada kütləvi səfərbərliyin həyata keçirilməsinin vacibliyini qeyd edib. O, bu fikri özünü fransız iqtisadçı və "narıncı inqilabların" ideoloqu kimi təqdim edən rusiyalı şəxslərlə söhbət zamanı bildirib. Consonun sözlərinə görə, hazırda Ukraynada bütün gənclər orduda xidmətə çağırılmayıb və əsasən təcrübəli, yaşlı hərbçilərdən ibarət ordunun gücləndirilməsi üçün kütləvi səfərbərlik zəruridir. O, həmçinin, Ukrayna ordusunun uğurlu müqavimət göstərə bilməsi üçün daha müasir və effektiv avadanlıqla təmin edilməsinin vacibliyini vurğulayıb. Consonun bu açıqlamaları Qərbin Ukraynadakı müharibəyə olan dəstəyini və səfərbərliyə yanaşmasını yenidən gündəmə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31