Amerikalı cərrah xəstənin dalağı əvəzinə qaraciyərini çıxararaq öldürdü- ÖZƏL

ABŞ-da cərrah səhvən xəstənin dalağı əvəzinə qaraciyərini çıxarıb və bununla da onu öldürüb. İndi mərhumun həyat yoldaşı həkimin məsuliyyətə cəlb olunmasını tələb edir. 

Olaylar.az xəbər verir ki, bu barədə "The Philippine Star" qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, dəhşətli hadisə Floridada baş verib. Orada 70 yaşlı Bill Brayan adlı kişi səhhətindən şikayətlərlə klinikaya müraciət edib və həkimlər onu əməliyyata göndəriblər. Cərrah dalağı çıxarmalı olub.

Amma əməliyyatın zamanı həkim Tomas Şaknovski orqanları qarışdırıb. Buna görə də qaraciyəri çıxarmağa başladı. Əməliyyat zamanı qaraciyəri qanla təmin edən əsas damarları kəsib. Fəlakətli qan itkisi başlayıb. Xəstə dərhal əməliyyat masasında dünyasını dəyişib.

Hadisə bununla bitməyib. Öz səhvini görməyən həkim Brianın həyat yoldaşı ilə məsləhətləşməyə gedib. O, "dalağın" təsirləndiyini və onun normal ölçüsündən dörd dəfə böyük olduğunu bildirərək xəstənin ölüdüyünü xəbər verib. 

Qadın məhkəməyə müraciət etmək niyyətindədir. O, cərrahı məsuliyyətə cəlb etmək istəyir və onun ərini həqiqətən öldürdüyünü iddia edir.

Xanım Bryan açıqlamasında: "Ərim doktor Şaknovskinin əməliyyat masasında köməksiz vəziyyətdə öldü",- deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31