Günəşdə güclü partlayışlar oldu

Alimlər sentyabrın 3-də Günəşdə dörd güclü "M" sinifli partlayış qeydə alıblar.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Gün ərzində ən güclü partlayış Moskva vaxtı ilə saat 19:02-də (Bakı vaxtı ilə 20:02 - red.) baş verib.

"Sentyabrın 3-də 3813 (S18E51) günəş ləkələri qrupunun rentgen diapazonunda 27 dəqiqə davam edən M3.4 partlayışı qeydə alınıb", - məlumatda deyilir.

Qeyd edilib ki, daha iki partlayış (M1.6 və M1.8) çərşənbə axşamı gecə və bir partlayış (M1.5) səhər qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31