Bolqarıstan Ukraynaya “Qvozdika” haubitsaları verir – ÖZƏL

Bolqarıstan Ukraynaya "Qvozdika" haubitsaları verib.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu müdafiə naziri Atanas Zapryanov bildirib.

"Bolqarıstan Ukraynaya müxtəlif texnika, silah və sursat daxil olmaqla 8 hərbi yardım paketi təqdim edib. Bütün tədarüklər ciddi şəkildə parlamentin müvafiq qərarlarına uyğun həyata keçirilib. Bunlar Bolqarıstan ordusunun ehtiyac duymadığı silah, texnika və sursatlardır. Təsdiq edirəm ki, "Qvozdika" qaubitsaları bu paketlərə daxil edilib, göndərilən hər şey ödəniləcək, bu pullar ordunun ehtiyaclarına gedəcək", - deyə o, göndərilən qaubitsaların sayını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31