London HƏMAS-ın qalib gəlməsini istəyir? - Conson
3 Sentyabr 2024 14:37 DünyaBöyük Britaniyanın keçmiş baş naziri Boris Conson ölkə hökumətini İsrailə bir sıra silahların tədarükü üçün lisenziyaları dayandırmaq qərarına görə tənqid edib.
Olaylar xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında yazıb.
Conson qeyd edib ki, London HƏMAS-la münaqişədə İsraili tək qoyur:
"İsrail 7 oktyabr 2023-cü il hadisələrinin təkrarlanmasının qarşısını almağa çalışır, HƏMAS isə girovları saxlamağa davam edir. Britaniya hakimiyyəti niyə yəhudi dövlətini tərk etdi? Onlar HƏMAS-ın qalib gəlməsini istəyirlər?"
Xatırladaq ki, Britaniya hakimiyyəti bəzi silahların beynəlxalq hüquq normalarını pozaraq istifadə oluna biləcəyindən narahat olduğu üçün İsrailə ixracını dayandırmaq qərarına gəlib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31