Ərdoğan BRİKS sammitində iştirak edəcək?
3 Sentyabr 2024 14:31 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak dəvətini qəbul edib.
Olaylar xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Təklif Türkiyə tərəfinə çatdırılıb, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan onu qəbul edib", - o bildirib.
Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31