Putin: Rusiyadan Çinə Monqolustandan keçən qaz kəməri layihəsi dövlət ekspertizasından keçir- ÖZƏL
3 Sentyabr 2024 13:36 DünyaRusiyanı Monqolustan vasitəsilə Çinlə birləşdirəcək qaz kəməri layihəsi dövlət ekspertizasından keçir.
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib. Layihənin gedişi ilə bağlı məlumatlar Monqolustan lideri Uxnaaqiyn Xurelsux ilə görüşdə açıqlanıb.
Prezidentin sözlərinə görə, qaz sahəsində əməkdaşlıq sahəsində yaxşı perspektivlər var. Uzunluğu min kilometrə yaxın olan "Soyuz Vostok" qaz kəməri layihəsi üçün bütün hazırlıq işləri başa çatıb. Hazırda onun ətraf mühitə təsiri dövlət ekspertizası çərçivəsində qiymətləndirilir.
Bundan əlavə, Putinin diqqəti Rusiya ilə Monqolustan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına yönəldilib. O qeyd edib ki, ölkələr arasında ödənişlərdə dollar və avro praktiki olaraq istifadə edilmir.