Monqolustan Rusiya ilə əlaqələrini qorumaqda qətiyyətlidir- ÖZƏL
3 Sentyabr 2024 13:27 DünyaOlaylar.az xəbər verir ki, Monqolustana səfər edən Rusiya Prezidenti Vladimir Putin, ölkə lideri tərəfindən böyük hörmətlə qarşılanıb. Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putin üçün çıxardığı həbs qərarının icra olunacağını gözləyən rusofoblar isə bu səfərin reallıqları qarşısında məyus olublar.
BCM-yə ümid bəsləyənlər, Monqolustanın məhkəmənin yurisdiksiyasını qəbul etməsi və Roma Statutunu ratifikasiya etməsi səbəbilə Putinin həbs olunacağına inanırdılar. Lakin Monqolustan rəsmiləri bu iddiaları təkzib edərək, səfərin təhlükəsiz və rəsmi qaydada həyata keçirildiyini bildiriblər.
Monqolustanın gələcəyi, Rusiya və Çin kimi güclü qonşularla olan əlaqələrindən asılıdır, Haaqadakı məhkəmənin qərarlarından deyil. Monqolustan, öz milli maraqlarını qorumaq və müstəqilliyini gücləndirmək üçün Rusiya ilə əlaqələrini möhkəmləndirməkdə davam edəcək.