ABŞ-də seçki manipulyasiyası- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-də 2024-cü il prezident seçkilərində müstəqil namizəd Robert Keneedi seçkilərdə öz namizədliyini geri çəkmək və seçicilərini Donald Trump-ı dəstəkləməyə çağırmaq qərarını açıqladı. Bu addımın əsas səbəbi, Trump-ın seçki qutusunda kritik üstünlük qazanmasına kömək etmək idi. Lakin üç əsas "kollektiv ştat" olan Michigan, Viskonsin və Şimali Karolina Keneedi-nin adını bülletendən çıxarmaqdan imtina edib. Rəsmi səbəblər yerli qanunvericiliklə əlaqələndirilsə də, siyasi analitiklər bu qərarın əslində Trump-ın səs qazanmasının qarşısını almaq üçün bir seçki manipulyasiyası ola biləcəyini iddia edirlər. Viskonsin qanunlarına əsasən, namizəd yalnız ölüm səbəbindən bülletendən çıxarıla bilər, Şimali Karolina isə bu məsələni daha çox demokratların üzvlərindən ibarət olan seçki komissiyasının qərarına buraxıb. Keneedi isə artıq Şimali Karolina məhkəməsində bu qərara qarşı iddia qaldırıb. 

Siyasi ekspertlər isə qeyd edirlər ki, Keneedi-nin bu hüquqi mübarizəsi uzun sürə bilər və seçkilərə qədər nəticəyə nail olmaq çətin olacaq. Həmçinin, Keneedi-nin dəstəyinin Trump-ın qələbəsinə real təsir edəcəyi sual altındadır, çünki onun seçici bazası kifayət qədər kiçikdir və seçkilərin nəticəsini dəyişdirmək üçün kifayət etməyə bilər. Bununla belə, bu hadisə ABŞ-də seçki sistemi və yerli qanunvericiliklərin seçki prosesində nə qədər təsirli olduğunu bir daha göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31