Braziliya Ali Məhkəməsi X sosial şəbəkəsinin bloklanmasını təsdiqləyib
3 Sentyabr 2024 11:09 DünyaBraziliya Ali Məhkəməsi ölkə ərazisində X sosial şəbəkəsinin bloklanmasını təsdiqləyib.
Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin 5 hakimi sosial şəbəkəyə girişin məhdudlaşdırılmasına dair iddianı təmin edib.
Qərarda sosial şəbəkənin dezinformasiyaya qarşı ciddi mübarizə aparmadığı göstərilir.
Məhkəmənin qərarı elan olunduqdan qısa müddət sonra icra edilməyə başlayıb. Provayderlər X sosial şəbəkəsinə girişi mərhələli şəkildə məhdudlaşdırmağa başlayıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31