ABŞ hərbçiləri Suriyada İŞİD liderlərindən birinin saxlanıldığını AÇIQLADILAR

ABŞ hərbçiləri "Suriya Demokratik Qüvvələri" alyansı ilə birlikdə İŞİD terror qruplaşmasının liderlərindən birini saxlayıb.

Olaylar.az-ın xəbərinə görə, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri Suriya Demokratik Qüvvələri ilə birlikdə sentyabrın 1-də səhər tezdən Rakkadakı həbsxanadan qaçaraq yaraqlılara kömək edən İŞİD lideri Xalid Əhməd əl-Dəndəlini yaxalayıb", - paylaşımda qeyd edilir.

ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı İŞİD-in məhv edilməsini təmin etmək üçün "gələcək qaçış təhlükəsi" ilə mübarizəni davam etdirəcəyini bildirib. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31