Rusiyadan neft tədarükü olmadan Macarıstan sağ qala bilməyəcək- ÖZƏL
2 Sentyabr 2024 16:52 DünyaMacarıstan Rusiyadan neft tədarükü olmadan sağ qala bilməyəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyarto RBC-yə müsahibəsində bildirib.
"Macarıstan Rusiyadan neft tədarükünü dayandırarsa, biz sadəcə sağ qala bilməyəcəyik, geniş mənada ölkəni qidalandıra bilməyəcəyik",-deyə o, vurğulayıb.
Onun sözlərinə görə, ölkə hökuməti sadəcə olaraq yanacağa olan tələbatı ödəyə bilməyəcək. Siyarto qeyd edib ki, Macarıstanın ölkəni lazımi enerji resursları ilə təmin etmək üçün uyğun alternativi yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31