Bu məsələdə məndən nümunə götürməyin - Putin

Adətən 6 saat, bəzən daha az yatıram. Amma siz məndən bu məsələdə nümunə götürməyin.

Olaylar bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kızıl şəhərində məktəblilərlə görüşündə deyib.

"Yalan danışmaq yaxşı deyil, düzünü deyəcəm. Bu gün dörd saat yatmışam. Bu kifayət deyil. Beləliklə, mən adətən təxminən altı saat yatıram".

O bildirib ki, az yatmağının səbəbi işinin çox olmasından irəli gəlmir:

"Məşğul olduğum üçün yox, iş günümü düzgün təşkil edə bilmədiyim üçün az yatıram. Hər bir insan etdiyi hər işdə özünə tənqidi yanaşmalıdır. Və nəticə çıxartmalıdır. Mən bunu etməyə çalışacağam, sizə də məsləhət görürəm". (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31