Zaxarova Polşanın Ukrayna ərazisindəki planlarını açıqlayıb- ÖZƏL
2 Sentyabr 2024 15:59 Dünya"Varşava Ukraynanın qərb ərazilərindəki marağı səbəbindən Ukrayna münaqişəsini qızışdırır".
Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa xarici işlər naziri Radoslav Sikorskinin Rusiya raketlərinin tutulması ilə bağlı sözlərinə cavab verib.
"Polşa ideoloqlarına Qərbi Ukrayna lazımdır. Onlar bu torpağı öz torpaqlarından başqa bir şey kimi görmürlər. Buna görə də onlar münaqişəni alovlandıraraq insanların əzabını artırırlar", - deyə diplomat bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31