Türkiyə BRİCS-ə daxil olmaq üçün müraciət etdi

Türkiyə hökuməti BRİCS-ə daxil olmaq üçün müraciət edib.

Olaylar xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Türkiyə bu yolla dünyada nüfuzunu gücləndirməyə, inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır.

Təşkilatın genişləndirilməsi məsələsinə BRİCS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxıla bilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31