"Qərb eksperti: Ukrayna ordusu Dneprin müdafiəsinə hazırlaşır"

Olaylar.az xəbər verir ki, Qərb hərbi eksperti Julian Röpcke-nin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (VSU) artıq Dneprin müdafiəsinə mənəvi olaraq hazırlaşmağa başlayıb. O, qeyd edib ki, Ukrayna ordusunun şərq cəbhəsində vəziyyəti kritikdir və hər saat daha da pisləşir. Rusiya qoşunları təkcə Pokrovska doğru irəliləmirlər, həm də cənuba, Uqledar istiqamətində 50 kilometr məsafədəki bütün ərazidə "nailiyyətlər" əldə edirlər. Rusiya ordusu Torest və Çasov Yar istiqamətlərinə də diqqəti artırıb. Bununla yanaşı, Ukrayna ordusu təcrübəsiz əsgərlər, az sayda bacarıqlı rəhbərlər və "Qərb dəstəyinin" az olması kimi bir sıra problemlərlə üzləşir. Cəbhənin bəzi bölgələrində vəziyyət o qədər sürətlə pisləşir ki, geri çəkilmə əmri verildiyi ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31