Qazaxıstanda oktyabr ayında referendum keçiriləcək.
Olaylar.az "Lenta.ru"ya istinadən xəbər verir ki, referendumun keçirilməsində məqsəd Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı xalqın mövqeyini öyrənməkdir.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı deyib. Referendum oktyabrın 6-da keçiriləcək. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31