Rusiya Kiyevə bu raketlərlə hücum etdi
2 Sentyabr 2024 12:07 DünyaSentyabrın 2-nə keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi raket hücumu həyata keçirib.
Olaylar xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko deyib.
"Zərbələr həm qanadlı, həm də ballistik raketlərlə həyata keçirilib. Saat üç radələrində Rusiyanın strateji bombardmançı təyyarələri Saratov vilayətindən X-101 qanadlı raketlərini buraxıb. Ukrayna paytaxtına Şimali Koreyanın KN-24 və Rusiyanın İsgəndər-M ballistik raketləri, həmçinin bir ədəd PUA buraxılıb", - o bildirib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31