Tramp bildirib ki, onun seçkilərə müdaxilə etmək hüququ var- ÖZƏL

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərinə müdaxilə etmək hüququnun tam olduğunu bəyan edib.

Olaylar.az xəbər verir ki, bu fikri o, Mark Levinə verdiyi müsahibədə səsləndirib.

Müsahibə zamanı jurnalist, Respublikaçılar Partiyasının 2024-cü il seçki kampaniyası çərçivəsində Trampın üzləşdiyi hüquqi problemlər, o cümlədən Ədliyyə Nazirliyinin xüsusi müşaviri Cek Smitin federal seçkilərin pozulması ilə bağlı qaldırdığı işlərə toxunub.

Levin, prezident Co Bayden və vitse-prezident Kamala Harrisin baş prokurora Trampa qarşı federal işləri dayandırmağı göstərə biləcəyinə diqqət çəkib. "Bu seçkilərə müdaxilə heç vaxt bitməyəcək, elə deyilmi?" - deyə Levin sual verib.

Tramp isə cavabında, ittihamlara baxmayaraq, reytinqlərinin artdığını bildirib. "Kim isə eşidib ki, prezident seçkilərinə müdaxilə etdiyiniz üçün ittiham olunursunuz, halbuki buna tam hüququnuz var? Adətən insanları ittiham edəndə, onların reytinqləri düşür", - deyə keçmiş prezident yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31