Netanyahunun müşaviri Rusiyaya səfər edib - ÖZƏL
2 Sentyabr 2024 11:36 Dünyaİsrailin baş naziri Benyamin Netanyahunun hərbi müşaviri Roman Qofman Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı mövzularda görüşlər keçirmək üçün Moskvaya səfər edib.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu baş nazirin ofisi bildirib.
Baş nazirin ofisinin məlumatına görə, Netanyahu bunu HƏMAS-ın girovluğunda olarkən qətlə yetirilən Aleksandr Lobanovun valideynləri Oksana və Qriqori Lobanovlarla telefon danışığı zamanı deyib.
"Söhbət zamanı məlum oldu ki, baş nazirin hərbi katibi, general-mayor Roman Qofman bu gün səhər Moskva səfərindən qayıdıb, məqsədi girovlarla bağlı sövdələşməni irəli sürmək olub və o, Aleksandr Lobanovla danışıqlar aparıb", - məlumatda deyilir.
İsrailin baş naziri Lobanovun valideynlərinə başsağlığı verib və ailəsindən üzr istəyib ki, İsrail dövləti Aleksandrı və digər beş girovu sağ qaytara bilməyib.