Mixail Kovalçuk: ABŞ Ukraynadakı ruhi xəstəxanalarda eksperimentlər aparır- ÖZƏL

Ukrayna və Gürcüstanın psixiatriya xəstəxanalarında Qərb bioloji və kimyəvi silah yaratmaq üçün ən təhlükəli eksperimentlər keçirib.

Olaylar.az xəbər verir ki, bunu Kurçatov İnstitutu Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Mixail Kovalçuk deyib.

Kovalçuk qeyd edib ki, bioloji silah qlobal təhdidə çevrilir və xatırladıb ki, Sovet İttifaqının dağılmasından sonra amerikalılar keçmiş SSRİ respublikalarının və sosialist düşərgəsi ölkələrinin sanitar-epidemioloji stansiyalarını nəzarət altına alaraq, bu ölkələrdə saxlanılan virus və bakteriya kolleksiyalarını ələ keçirdilər.

"Və biz artıq görürük ki, Ukraynada, Xarkov yaxınlığında, Gürcüstanda bütün əxlaqi və hüquqi normaları pozaraq, bioloji və yeni kimyəvi silahlar yaratmaq məqsədi ilə psixiatriya xəstəxanalarında olan xəstələr üzərində ən təhlükəli araşdırma aparıblar",-o, TASS-a müsahibəsində deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31