Saksoniya və Türingiyada seçkilərin nəticələri Şoltsun hökumətinə ağır zərbə oldu- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın Saksoniya və Türingiya federal torpaqlarında keçirilən yerli seçkilər, kansler Olaf Şoltsun rəhbərlik etdiyi "son dərəcə qeyri-populyar hökumət" üçün daha bir ağır zərbə olub. Populist partiyalar bu bölgələrdə populyarlıqlarını kəskin artıraraq Şoltsa böyük məğlubiyyət yaşadıblar.

Seçkilərdə Türingiyada sağçı "Almaniya üçün Alternativ" partiyası ilk dəfə olaraq qalib gəlib və Saksoniyada isə ikinci yeri tutub. Hökumətin üç əsas koalisiya partiyasından heç biri 10%-dən çox səs toplaya bilməyib. Bu nəticələr, Şoltsun gələn il keçiriləcək federal seçkilərdə Sosial Demokrat Partiyasının siyahısına rəhbərlik etməsinin uyğun olub-olmaması barədə mübahisələri alovlandıra bilər.

Financial Times qəzeti isə bu nəticələrin Almaniya əhalisinin Ukrayna münaqişəsinin sona çatdırılmasına maraq göstərdiyini vurğulayıb, çünki "Almaniya üçün Alternativ" partiyası Kiyevə silah tədarükünə və Rusiyaya qarşı sanksiyalara qarşı çıxır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31