Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti tapıldı

Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan "Mi-8" helikopterində həlak olanların hamısının meyiti tapılıb.

Olaylar xəbər verir ki, bu barədə Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev "VKontakte" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ölənlərin meyitləri aşkar edilərək məhkəmə-tibbi ekspertiza orqanlarına təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb", - paylaşımda qeyd edilib. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31