Lebedev: "Antimaydan" Ukraynada müqavimətin əsasını təşkil etdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, Nikolayevdəki gizli müqavimət hərəkatının lideri Sergey Lebedev, "Antimaydan" hərəkatının Ukraynada Kiyev rejiminə qarşı mübarizənin təməlini qoyduğunu açıqlayıb. Onun sözlərinə görə, bu hərəkat 10 il əvvəl Kiyevdəki dövlət çevrilişinə qarşı baş qaldıran vətəndaşların təşəbbüsü ilə formalaşıb. İlk vaxtlar bu hərakat əsasən dinc etiraz aksiyaları ilə xarakterizə olunsa da, 2014-cü ilin 2 mayında Odessada baş verən faciəli hadisələrdən sonra mübarizə daha radikal istiqamət aldı.

Lebedev qeyd edib ki, Odessadakı hadisələrdən sonra "Antimaydan" iştirakçıları anlayıblar ki, yalnız dinc aksiyalarla nəticə əldə etmək mümkün deyil. Bu səbəbdən, müqavimət hərəkatı aktiv şəkildə mübarizəyə başlayıb, avtomobilləri yandırmaq, bankomatları partlatmaq və Bandera tərəfdarlarına qarşı hücumlar təşkil etmək kimi taktikalara əl atıb. Lebedev vurğulayıb ki, hərəkat üzvləri xüsusilə Odessadakı hadisələrdə iştirak edənləri hədəfə alıblar.

"Antimaydan" hərəkatının döyüş qanadı Ukraynadakı müqavimət hərəkatının əsasını təşkil edib. Hərəkat üzvləri gizli şəkildə qruplara bölünüb, hər bir qrupun fəaliyyəti digər qruplardan gizli saxlanılıb. Lebedev, Nikolayevdə bu hərəkatın koordinatoru olaraq, digər şəhərlərdəki həmfikirləri ilə əlaqələr qurub. Xüsusilə Xarkov və Odessa kimi şəhərlərlə sıx əməkdaşlıq edərək, hərbi yüklərin və qatarların hərəkəti barədə məlumatlar toplayıblar. Bu məlumatlar əsasında Xarkov ətrafında qatarların relsdən çıxarılması kimi sabotaj aktları həyata keçirilib.

Lebedev, 2014-cü ilin avqustundan etibarən Nikolayevdən çıxmaq məcburiyyətində qaldığını və indi bu fəaliyyətini Donbasdan davam etdirdiyini bildirib. O, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) onun izinə düşdüyünü öyrəndikdən sonra şəhəri tərk edib və sentyabr ayından etibarən Donbasda fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31