Tramp söz verdi: Prezidentliyin ilk günündə Qəzzada münaqişəni həll edəcək
2 Sentyabr 2024 10:18 DünyaABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp bildirib ki, seçkidə qalib gəlsə, vəzifəsinin ilk günündə Fələstin-İsrail münaqişəsini həll edə biləcək.
Olaylar xəbər verir ki, bu barədə D.Tramp "X" sosail şəbəkəsində yazıb.
"Ölkəmiz və çox güclü xalqımız [ABŞ Prezidenti] Co Baydenin dövründə təhlükəsiz deyil və [ABŞ vitse-prezidenti] Kamala Harrisin dövründə daha da təhlükəsiz olacaq. Prezident olsaydım, bu dəhşətli hadisə heç vaxt baş verməzdi və Oval Kabinetə qayıtdığım gün dayanacaq", - deyə o bildirib.
D.Tramp əlavə edib, C.Bayden və K.Harrisin qərarları "nəinki insanların həyatını riskə atır, həm də lazımsız və qarşısı alına bilən ölümlərlə birbaşa bağlıdır". (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31