Rusiyada helikopter qəzaya uğradı - 22 nəfər öldü
1 Sentyabr 2024 14:06 DünyaRusiyanın Kamçatka bölgəsində itkin düşən Mi-8 helikopteri qəzaya uğrayıb.
Olaylar Rusiya KİV-ə istinadən xəbər verir ki, onun göyərtəsində 22 nəfər olub.
Məlumata görə, bütün ekipaj üzvləri və sərnişinlər həlak olublar.
Xatırladaq ki, Mi-8 avqustun 31-də radarlardan itib. Onun təpəyə çırpılaraq qəzaya uğradığı bildirilib.
İndiyədək helikopterinin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb.
Digərlərinin axtarışı davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31