Ölkə bir neçə cəbhədə müharibə ilə üz-üzədir - İsrail müdafiə naziri

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, girovlarla bağlı razılaşma əldə olunmasa, ölkə çoxcəbhəli müharibə təhlükəsi ilə üzləşə bilər.

Olaylar xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Qalant bu sözləri hərbi kabinetin iclasında bildirib və müvafiq sənəddə qeyd edib. Hərbi rəhbərliyin fikrincə, sövdələşmənin bağlanması təkcə girovların qaytarılmasına imkan verməyəcək, həm də şiə "Hizbullah" hərəkatı ilə qarşıdurma səbəbindən Livanla sərhəddə gərginliyi azalda bilər.

Eyni zamanda, sənəddə deyilir ki, razılığın əldə edilməməsi vəziyyətin dərhal pisləşməsi, bir neçə cəbhədə müharibə vəziyyətinə düşməsi təhlükəsi yaradacaq. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31