Peskov: Kreml Putinin Monqolustan səfərindən və Beynəlxalq Cinayət Məhkəməsinin orderindən narahat deyil- ÖZƏL
30 Avqust 2024 16:08 DünyaKreml Vladimir Putinin Monqolustana gözlənilən səfərindən ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olması kontekstində narahat deyil.
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Monqolustandan olan dostlarımızla əla dialoqumuz var", - deyə Peskov bildirib.
Bir gün əvvəl məlum olmuşdu ki, Rusiya prezidenti Vladimir Putin 2024-cü il sentyabrın 3-də Monqolustan Respublikasına rəsmi səfər edəcək. Səfər Monqolustan Prezidenti Uxnaqiyn Xurelsuxun dəvəti ilə baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31