Durov davasının Fransa üçün siyasi nəticələri artıq göz qabağındadır — ÖZƏL
30 Avqust 2024 15:05 Dünya"Telegram" messencerinin təsisçisi Pavel Durovun həbsinə görə Fransa artıq bir sıra siyasi nəticələrlə üzləşib.
Olaylar.az xəbər verir ki, "Valday" Diskussiya Klubunun İnkişafı və Dəstəyi Fondunun idarə heyətinin sədri Andrey Bıstritski TASS-a bildirib.
"Siyasi nəticələr artıq var. Söz azadlığı, məsuliyyət, məxfiliyin hədləri və müasir kommunikasiya dünyasının nə olduğu, Avropadakı səlahiyyətlilərin total nəzarətdən nə dərəcədə dəli olduğu barədə dərhal müzakirələr aparılıb. Onların öz cəmiyyəti və ümumilikdə informasiya nəzarəti bütün bu müzakirələr Fransa üçün dərhal siyasi əks-səda doğurur" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31