Borrell: "Aİ ölkələrinin hərbi ehtiyatları Ukraynaya yardıma görə tükənib"
30 Avqust 2024 14:18 DünyaAvropa İttifaqı (Aİ) ölkələrinin hərbi ehtiyatları Ukraynaya yardıma görə tükənib.
Olaylar.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə Aİ ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi iclasından əvvəl deyib.
"Avropa ölkələrinin Ukraynaya kömək etmək üçün göstərdiyi səyləri, hərbi təchizatın həcmini təsəvvür edə bilməzsiniz. Tükənmiş ehtiyatlarımızı artırmalıyıq. Biz artıq 700 min ədəd 155 mm-lik mərmi istehsalına nail olmuşuq. Hədəfimizə [bir milyon mərmi] hələ çatmasaq da, istehsalı artırırıq", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31