Rusiyanın BMT missiyası Qəzzada poliomielit xəstəliyinin qarşısını almağa çağırıb - ÖZƏL
30 Avqust 2024 13:27 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, Rusiya dünya ictimaiyyətini Qəzza zolağında poliomielit xəstəliyinin yayılmasının qarşısını almaq üçün səylərini əsirgəməyə çağırır.
"BMT-nin elan etdiyi kütləvi peyvənd kampaniyası təhlükə altındadır. Çətin vəziyyətə baxmayaraq, humanitar yardım işçiləri Qəzzaya 1,2 milyon doza peyvəndi çatdıra biliblər. Bununla belə, hərbi əməliyyatların intensivləşməsi, İsrailin evakuasiya əmrlərinin çoxalması və tibb işçilərinin anklav ərazisinə daxil olmasına məhdudiyyətlər yaranıb" - o, BMT Təhlükəsizlik Şurasının anklavdakı humanitar vəziyyətlə bağlı brifinqində deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31