Harris deyir ki, hidravlik frakinq texnologiyasını qadağan etmək planları yoxdur - ÖZƏL
30 Avqust 2024 13:13 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizədi, vitse-prezident Kamala Harris, seçiləcəyi təqdirdə karbohidrogen hasilatı üçün hidravlik frakinq texnologiyasını qadağan etməyi planlaşdırmadığını söylədi.
"Mən 2020-ci ildə debat mərhələsində bunu açıq şəkildə bildirdim ki, frakinqi qadağan etməyəcəkəm. Vitse-prezident kimi mən frakinqi qadağan etməmişəm. Prezident kimi də frakinqi qadağan etməyəcəyəm", - o, CNN-ə müsahibəsində deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31