Durovun həbsi azad mətbuata böyük zərbə vurur - ÖZƏL

Telegram-ın həmtəsisçisi Pavel Durovun Fransada həbsi söz və media azadlığına böyük zərbədir.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin RT-yə müsahibəsində deyib.

"Mən ittihamlar barədə eşitmişəm. Onlar çox ciddidir", - diplomat ingilis dilli müsahibəsində deyib. 

"Ümid edirəm ki, onun kifayət qədər müdafiə qabiliyyəti var, çünki onun mövqeyi çox ciddi şəkildə müdafiə olunmalıdır. Eyni zamanda, ümumiyyətlə, biz mükəmməl başa düşürük ki, bu, mətbuat azadlığına, informasiya hərəkət azadlığına böyük zərbədir" - o, deyib.

Kelinin fikrincə, Durovun saxlanmasında ABŞ-ın müəyyən rolu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31