Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib
30 Avqust 2024 12:01 DünyaABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Fələstin-İsrail münaqişəsindən danışarkən müharibənin bitməli olduğunu deyib.
Olaylar xəbər verir ki, Harris bunu cümə axşamı CNN telekanalına müsahibəsi zamanı deyib.
"Biz atəşkəs və Qəzza zolağında girovların azad edilməsi haqqında razılığa gəlməliyik. Bu müharibə başa çatmalıdır", - deyə o bildirib.
Harris həmçinin bildirib ki, o, İsrail-Fələstin münaqişəsinin həlli üçün münaqişənin iki dövlətli həll prinsipinə sadiqdir. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31