Ukraynalı general NATO komandanları ilə gizlicə görüşdü
30 Avqust 2024 10:46 DünyaUkrayna Silahlı Qüvvələrinin generalı Aleksandr Pavlyuk Almaniyanın Drezden şəhərində NATO-ya üzv ölkələrin komandanları ilə gizli görüş keçirib.
Olaylar xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, əsasən Avropadan olan 35 ölkənin yüksək rütbəli hərbi liderlərinin qapalı görüşü üç günlük toplantı olub və avqustun 29-da başa çatıb.
Pavlyuk Almaniya Quru Qoşunlarının müfəttişi, general-leytenant Alfons Maynsla görüşüb. Görüşdə həmçinin ABŞ, Niderland, Estoniya, İspaniya, Britaniya, İsveç, Albaniya və Yunanıstan ordusunun generalları da olub. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31