Kreml: "Durov Fransada müdafiəsi üçün zəruri olan hər şeyə malikdir"
29 Avqust 2024 17:10 DünyaKreml hesab edir ki, "Telegram" messencerinin yaradıcısı Pavel Durovun Fransada müdafiəsi üçün lazım olan hər şey var.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Durov Fransada müdafiə olunmaq üçün lazım olan hər şeyə malikdir, lakin onunla bağlı prosesin siyasi təqibə çevrilməməsi vacibdir", - o bildirib. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31