"Heç bir sülhdən söhbət gedə bilməz" - Rusiya XİN
29 Avqust 2024 16:58 Dünya"Ukraynanın Kurska hücumu yaxın gələcəkdə Kiyevlə sülh danışıqlarını mümkünsüz edir".
Olaylar.az bildirir ki, bunu Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib, indi heç bir sülh təşəbbüsündən söhbət gedə bilməz:
"Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması onların Rusiya prezidentinin sülh təşəbbüsünə bir növ cavabı idi".
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da Kurska hücum edib. Bundan sonra Rusiya Prezidenti Vladimir Putin Kiyevlə danışıqların aparılmasına şübhə ilə yanaşdığını bildirib. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31