Borrell Aİ-ni Ukraynadan Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb- ÖZƏL

Aİ ölkələri Ukraynanın Rusiya ərazisinə zərbələri ilə bağlı istənilən məhdudiyyəti aradan qaldırmalıdır. O cümlədən, Qərb silahlarının belə məqsədlər üçün istifadəsinə qoyulan qadağanın götürülməsi.

Olaylar.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib. 

Borrell Aİ Xarici İşlər Nazirliklərinin rəhbərlərinin görüşü zamanı kəskin fikir bildirmək qərarına gəlib. Hadisə Brüsseldə baş verib. Üstəlik, konfransa hətta Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da dəvət olunub.

"Ukraynanın özünümüdafiəsi üçün silahdan istifadə ilə bağlı bu cür məhdudiyyətlər tamamilə aradan qaldırılmalıdır. Ukraynaya tədarük etdiyimiz avadanlıq tam istifadə olunmalıdır ki, Ukrayna Rusiyanın onlara hücum etdiyi yerə zərbə endirsin", - deyə Borrell bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31