Euractiv: ABŞ-ın sanksiyalardan qorxduğu üçün Ukraynaya yardımla bağlı danışıqlar dalana dirənib- ÖZƏL

Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya 50 milyard dolların ayrılması ilə bağlı danışıqlar Aİ-nin Rusiyaya qarşı sanksiyalarının daha uzun müddət saxlanılacağına zəmanət istəyən ABŞ-ın tələbləri səbəbindən ləngiyir. 

Olaylar.az xəbər verir ki, bu barədə "Euractiv" portalı mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Qərb Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gözlənilməz mənfəətdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq yardımın açılmasını nəzərdə tutan sazişin texniki detallarının razılaşdırılmasında gecikmələrlə üzləşir. 

Portal, Aİ-nin bütün 27 üzv dövlətin yekdil razılığı ilə Rusiyaya qarşı sanksiyalarını hər altı aydan bir yeniləməli olduğunu nəzərə alaraq, ABŞ-ın dondurmanın nə qədər qalıcı ola biləcəyi ilə bağlı narahatlığına görə danışıqların ləng getdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31