Paşinyan 2027-də referenduma gedir

Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Olaylar bildirir ki, bu barədə jurnalistlərə ədliyyə naziri Qriqor Minasyan bildirib.

Bildirilib ki, müddət ilkin olaraq konstitusiya islahatı komissiyasının işçi müzakirələri zamanı müəyyən edilib.

Nazirin qeyd etdiyi kimi, kompleks sənəd üzərində ətraflı iş görülməlidir və ictimai müzakirələr aparılacaq.

Onun sözlərinə görə, əvvəlcə mövcud Konstitusiyaya dəyişikliklərin edilməsi, yoxsa yeni əsas qanunun qəbul edilməsi ilə bağlı mübahisələr olub və sonda ikinci varianta gəliblər. (musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31